• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1618
— 30.10.2020 20:30

"Teams" və "Zoom" VPN-siz işləyəcək

KepezTV Player

Son iki həftədə onlayn dərslərin keçirilməsi istiqamətində müəyyən hazırlıqlar görülür. Təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə noyabrın 2-dən sonra təhsil sistemində baş verəcəcək dəyişikliklərdən danışıb.

Noyabrın 2-dən etibarən bağça və məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, bütün təhsil ocaqlarında tədrisin distant formada təşkilinə başlanılacaq. Nazirin sözlərinə görə, artıq prosesə hazırlıq işləri görülüb. İstifadəyə veriləcək platformalar VPN-siz işləyəcək.

Tətillər kompensasiya ediləcək

Bu il tətillərin bu və digər formada kompensasiya ediləcəyini, tədris ilinin müddətinin uzadılmasının isə nəzərdə tutulmadığını bildirən Emin Əmrullayev şagird yerdəyişməsindəki fasilənin növbəti həftədən aradan qaldırılacağını söyləyib. Bu tədris ilinin sonunda bütün şagirdlərin növbəti sinfə keçəcəyi, qiymət və davamiyyətə görə şagirdlərin sinifdə qalmasının nəzərdə tutulmadığını vurğulayıb. Nazir ibtidai sinflərdə təhsil alanlarla bağlı vəziyyətin bir qədər fərqli olduğuna da diqqət çəkib.

Şagird yerdəyişməsi bərpa olunacaq

Təhsil naziri şagirdlərin yerdəyişməsindəki problemlə bağlı məsələyə də toxunub,  qeyd edib ki, əvvəlki dövrdə müəyyən mənada qeyri müəyyənliklər olsa da, növbəti həftədə distant təhsilin bərpası ilə o da mümkün olacaq.Bölgələrdə  yaşayan şagirdlərin internet probleminə gəlincə, bununla bağlı detallı qiymətləndirmə həyata keçiriləcək. İnternet problemi ilə üzləşən bölgələr, uşaqların yaş qrupları və hansı siniflərdə ləngimələrin olduğu müəyyənləşdiriləcək və müvafiq tədbirlər görüləcək. Əyani təhsilin nə zaman bərpa olunacağına isə pandemiyanın yayılma dinamikasına uyğun olaraq qərar veriləcək.