• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1700
— 30.10.2020 20:26

Erməni terroru: 7 ailənin bütün üzvləri həlak olublar

KepezTV Player

Ermənistanın törətdiyi əməllərin kompleks şəkildə qiymətləndirilməsi üçün beynəlxalq məhkəmə mexanizmlərinin və hərbi tribunalların yaradılmasına ehtiyac var. Holokost o zaman Holokost oldu ki, Nürnberq məhkəməsində öz hüquqi qiymətini aldı. Bunu prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini hədəfə alması ilə bağlı aparılan araşdırmanın nəticələrinə dair keçirilən brifinqdə deyib. Törədilən hərbi cinayətlərin Separatçı quldur rejimin rəhbəri Araik Arutyunyan və digər rəhbər şəxslərin göstərişi ilə həyata keçirildiyini deyən Baş Prokuror Kamran Əliyev isə onların beynəlxalq axtarışa verildiyini bildirib. Brifinqdə ölkəmizdəki diplomatik korpusun nümayəndələrinə mülki əhaliyə qarşı törədilən cinayətlər barəsində ətraflı məlumat verilib.

Kamran Əliyev Baş prokuror: sentyabrın 27-dən bu günədək 91 nəfər ölüb. 7 ailə məhv edilib. Hadisələr nəticəsində 14 körpə, 36 uşaq, 101 qadın, 249 kişi və 45 ahıl şəxs yaralanıb”. Ermənilərin hücumları nəticəsində Gəncədə 26, Goranboyda 22, Ağdamda yeddi, Bərdədə 27, Füzulidə üç, Beyləqanda iki, Ağcabədidə bir mülki şəxs həlak olub. Dörd uşaq hər iki valideynini itirib.400 nəfər yaralanıb. 2442 ev yararsız vəziyyətə düşüb. 92 çoxmənzilli yaşayış binaları, 428 mülki obyektlər dağıdılıb”.

Separatçı rejimin rəhbərləri beynəlxalq axtarışa verildi

Aparılan araşdırmalaların yekunu barədə danışan Kamran Əliyev istifadə olunan silahların təsnifatını da verib. Törədilən cinayətlərin göstərişlərinin isə separatçı rejimin rəhbərləri tərəfindən verildiyini bildirib.

Kamran Əliyev Baş prokuror: “İstintaqın ilkin nəticəsində qeyd edilib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Araik Arutyunyan, onun köməkçisi David Babayan, “müdafiə naziri” Cəlal Arutunyan və qondarma qurumun qondarma “parlamenti”nin nümayəndəsi Armen Babacanyanın cinayət məsuliyyətinə сəlb edilməsi üçün Baş Prokurorluq tərəfindən müvafiq qərarlar çıxarılıb, onlar barədə axtarış elan edilib.

"Hərbi tribunal yaradılmalıdır"

Prezidentin köməkçisi Hikmət Hacıyev isə Ermənistanın işğal altında olan torpaqlarımızda qeyri-qanunu əməliyyatlar həyata keçirdiyini vurğulayıb. Deyib ki, işğal olunan ərazilərdə mədəni irsin talan edilməsi və məhv olunması faktları var. Ermənilərin cinayətlərinə qiymət verilməsi üçün isə hərbi tribunal təşkil olunmalıdır.

Hikmət Hacıyev Prezidentin köməkçisi: Bu gün də Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi bu kimi cinayət əməlləri Avropa İnsan Hüquqları Məhkəməsində bir epizodda, yəni “Çıraqov Ermənistana qarşı” işi üzrə aparılan iş çərçivəsində öz ilk hüquqi qiymətini almışdı. Amma bütün bu əməllərin kompleks şəkildə qiymətləndirilməsi üçün beynəlxalq məhkəmə mexanizmlərinin və hərbi tribunalların yaradılmasına ehtiyac var ki, Ermənistanın siyasi-hərbi rəhbərliyində bu gün təmsil olunan şəxslər, həmçinin əvvəlki dövrlərdə də Azərbaycan xalqına qarşı cinayət əməllərini və insanlıq əleyhinə qarşı cinayət əməllərini törətmiş insanlar qanun qarşısında, yəni beynəlxalq ədalət mühakiməsi qarşısında cavablarını vermiş olsunlar. Bu, heç bir halda qisas deyil, bu, ədalətin təntənəsidir”

Brifinqdə iştirak edən Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Ermənistanın cinayətləri ilə bağlı Azərbaycanın Avropa Məhkəməsinə müraciət təqdim etdiyini bildirib. Onun sözlərinə görə, həyat hüququnun pozulması ilə bağlı maddə imkan verir ki, Azərbaycanın müraciətinə baxılsın. Yaxın vaxtlarda müraciətə baxılacaq və Ermənistandan bununla bağlı izahat tələb olunacaq. Artıq video foto sübutlar Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunub. Xüsusilə kaset bombalardan istifadəilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb.