• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1441
— 30.10.2020 15:32

Bər-bər işləyən koronovirus xəstəsi saxlanılıb

KepezTV Player

Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb. Onlardan biri şəhərdə gəzirmiş, digəri isə bər-bər kimi fəaliyyət göstərərmiş.  

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdşaları tərəfindən keçirilən reydlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Vasif  Ənvərli ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozub. Onun özünəməxsus bərbərxanada müştəri qəbul etməsi və beləliklə həmin müştərilərin sağlamlığını təhlükəyə atması aşkarlanıb. Məlum olub ki, bir gün əvvəl Vasif Ənvərli tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərilib.

Eşqin Qasımov - DİN-in mətbuat xidmətinin əməkdaşı: Lakin buna baxmayaraq Vasif Ənvərli özünə məxsus kişi salonuna gələrək gündəlik orada fəaliyyət göstərib və ətrafdakı şəhər sakinlərinin koronovirus infeksiyasına yoluxmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən dərhal o saxlanılaraq evinə göndərilib.

Bundan başqa Nizami Polisi də koronavirus infeksiyasına yoluxan şəhər sakini Sadiq Abdullayevin ev şəraitində müalicə almasına baxmayaraq, yaşadığı ünvanı tərk etməsini müəyyən edib. Polis əməkdaşları dərhal onun şəhər ərazisində yerini müəyyən edərək yaşadığı evə göndərib.

Faktlarla Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.

 

Natiq Hüseyn