• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 796
— 30.10.2020 12:09

Tədris ilinin müddəti uzadılmır, şagirdlər sinifdə qalmır

KepezTV Player

Son iki həftədə onlayn dərslərin keçirilməsi üçün müəyyən hazırlıqlar görülüb, teams, zoom platformalarının daha işlək olması üçün aidiyyətlı qurumlarla iş aparır. Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib ki, qarşıdakı bir neçə həftədə dərslər onlayn olacaq və bu hazırkı vəziyyətdə daha məqbul hesab edilir. Nazirin sözlərinə görə, təqdim olunan zoom, teams platformaları VPN-siz işləyəcək. Bu il tətillərin bu və digər formada kompensasiya ediləcəyi, tədris ilinin müddətinin uzadılmasının nəzərdə tutulmadığını bildirən Emin Əmrullayev şagird yerdəyişməsindəki fasilənin növbəti həftədən aradan qaldırılacağını da söyləyib. Bu tədris ilinin sonunda bütün şagirdlərin növbəti sinfə keçəcəyi, qiymət və davamiyyətə görə şagirdlərin sinifdə qalmasının nəzərdə tutulmadığını vurğulayıb. Nazir ibtidai sinflərdə təhsil alanlarla bağlı vəziyyətin bir qədər fərqli olduğuna da diqqət çəkib.