• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1805
— 30.10.2020 12:24

Bakı münaqişənin həlli üçün yeni mexanizmə ehtiyac görmür

KepezTV Player

“Danışıqlar prosesi o zaman uğurlu ola bilər ki, normal danışıqlar apara biləcəyiniz bir tərəf olsun. Ancaq mövcud vəziyyətdə danışıqlar prosesi çərçivəsində belə bir tərəfdaş yoxdur”. Prezidentin köməkçisi Hikmət Hacıyev “RİA Novosti”yə müsahibəsində deyib ki, Bakı Qarabağ münaqişəsinin həlli üçün yeni bir mexanizmə ehtiyac olmadığını hesab edir və mövcud olan bütün imkanlardan istifadə etməyə hazırdır. Ən əsası münaqişənin siyasi həll yolunu tapmaq və Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması, Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsidir”, – deyən Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan destruktiv siyasət nümayiş etdirir və münaqişənin siyasi yolla həll olunmasında maraqlı deyil.