• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1557
— 30.10.2020 12:03

Düşmənin hərbi cinayət törətmiş polkovniki Viktor Arustamyan məhv edildi

KepezTV Player

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı görülən tədbirlər davam etdirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törədən növbəti yüksək vəzifəli erməni hərbçi məhv edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.