• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 30.10.2020 10:23

"Human Rights Watch" Bərdəyə kasetli raketlər atıldığını təsdiqləyib

KepezTV Player

"Human Rights Watch" Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib. Təşkilat bu barədə açıqlama yayıb. Bildirilir ki, Ermənistan qüvvələri 28 oktyabrda Bərdə şəhərinə beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növünü  atıb və ya atılmasını təmin edib. “Hücumda ən az 21 mülki şəxsin öldüyü və ən az 70 nəfərin yaralandığı bildirilir. "Human Rights Watch" kasetli sursatın qalıqlarının beynəlxalq və yerli jurnalistlər tərəfindən, o cümlədən sakinlər tərəfindən çəkilən fotolarını analiz edib”, - deyə açıqlamada qeyd olunub. **Bundan əvvəl "Amnesty International" Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli roketlərlə zərbələr endirdiyini təsdiqləyib.