• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1678
— 29.10.2020 22:33

"Amnesty International"dan Bərdə açıqlaması

KepezTV Player

"Amnesty International"  Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli roketlərlə zərbələr endirdiyini təsdiqləyib. Təşkilat açıqlamasında deyilir ki, dünən yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə bir və ya bir neçə "Smerç" raketləri atılıb və bu xəstəxanaya yaxın yaşayış ərazisinə düşüb. Azərbaycanın Baş Prokurorluğu ən azı 21 nəfərin həlak olduğunu, 70-dən çox şəxsin yaralandığını açıqlayıb."Amnesty International"ın böhrana cavab mütəxəssisləri, şəkillərə əsasən, şəhərə erməni qüvvələri tərəfindən atılan raket qalıqlarının Rusiya istehsalı olan 9M55 Smerch raketlərindən 9N235 sursat parçalarının olduğunu təsdiqləyib. "Kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur. Kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır" - deyə açıqlamada bildirilir.