• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1061
— 29.10.2020 20:15

Daha bir mülki şəxsimiz həlak olub

KepezTV Player

Bu gün saat 17 radələrində Goranboy rayonu, Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 53 yaşlı Ziyadova Flora Qaraş qızı həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 90 mülki şəxs qətlə yetirilib, 392 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşən mülki obyektlərin sayı 423, çoxmənzilli yaşayış binalarının sayı 92, yaşayış evlərinin sayı isə 2 406-dır. Bu barədə Baş Prokurorluq məlumat yayıb.