“Xüsusilə diqqətdə olan məsələ Ermənistan tərəfindən mülki əhaliyə qarşı kasetli silahların istifadə edilməsidir. Biz həmçinin ballistik raketlərin mülki əhaliyə qarşı istifadəsini də vurğulamalıyıq”. Bunu Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə diplomatik korpusun və xarici media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib. Qeyd edib ki, Avropa regionunda İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, böyük şəhərlərə “SCUD” ballistik raketləri atılır. "Bu cür cinayətlər araşdırılmalı və hesabatlar dərc olunmalıdır. Təbii ki, biz obyektiv və qərəzsiz hesabatlar gözləyirik. Sonradan bu hesabatlar beynəlxalq ictimaiyyətə təqdim oluna bilər”, - deyə Hacıyev vurğulayıb.
- Baxış: 131