• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1039
— 29.10.2020 14:01

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

KepezTV Player

Cümhuriyyət Günü münasibətilə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı telefonla zəng edərək təbrik edib. Dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə daim göstərdiyi siyasi dəstəyi bir daha yüksək qiymətləndirərək, dost və qardaş Azərbaycan və Türkiyə xalqlarının bundan sonra da bir-birinin yanında olacağına əminliyini bildirib. Prezident Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlət başçısına minnətdarlığını bildirərək qardaş Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırıb, dost və qardaş xalqlarımızın hər zaman bir-birinin yanında olacağını vurğulayıb. Telefon söhbəti zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.