• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1038
— 29.10.2020 12:10

Beynəlxalq Qızıl Xaç Komitəsi bəyanat yaydı

KepezTV Player

Beynəlxalq Qızıl Xaç Komitəsinin Avrasiya regionu üzrə direktoru Martin Şüepp Bərdədə mülki şəxslər arasında qurban sayının artması ilə bağlı bəyanat yayıb. “Təəssüf ki, iki uşaq atası olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü də bu atışmalarda həyatını itirib. Daha iki könüllü isə yaralanıb. BQXK, könüllünün ailəsinə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dərin hüznlə başsağlığı verir", - deyə bəyanatda vurğulanır. **Beynəlxalq Qızıl Xaç  və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Fransesko Rokka da hadisəyə münasibət bildirib. “Qızıl Ayparanın könüllüsünün Bərdədə mülki şəxslərə yardım çatdırarkən həlak olması xəbərindən şok oldum və dəhşətə gəldim”. “Humanitar yardım çatdıranlar hədəf deyillər. Fikrim onun ailəsinin yanındadır və onun yaxınlarına başsağlığı verirəm”, - deyə Rokka tvitterdə yazıb.