• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1697
— 28.10.2020 22:15

Xüsusi karantin rejiminin müddəti uzadıldı

KepezTV Player

Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-i saat 6-dək uzadılıb.Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhəri, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri, Şəki şəhəri və Kiş kəndi, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndləri, Quba şəhəri, Quba rayonunun Rustov və Zərdabi kəndləri, Mingəçevir şəhəri, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonları ilə yanaşı 29 oktyabr gecə saat 12-dən etibarən Lənkəran şəhərinə, Cəlilabad və Masallı rayonlarına da giriş-çıxış dayandırılır. Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərləri və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonları ilə yanaşı 31 oktyabr gecə saat 12-dən 2 noyabr saat 6-dək Cəlilabad və Masallı rayonlarında da ictimai nəqliyyatın hərəkəti dayandırılır.