• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1695
— 28.10.2020 20:58

Bərdədə törədilən terror aktı ilə bağlı cinayət işi açılıb

KepezTV Player

Bərdədə törədilən terror aktı ilə bağlı cinayət işi açılıb. Bu gün saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 raket zərbəsi endirilib. Nəticədə  5-i qadın olmaqla, 21 nəfər həlak olub. Terror qurbanlarından biri Gəncə sakini 1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğludur. 8-i uşaq, 15-i qadın olmaqla 70 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baş prokurorluğun məlumatına görə, bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.