• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1591
— 28.10.2020 16:37

Erməni terroru nəticəsində 21 mülki şəxs həlak olub

KepezTV Player

Bu gün saat 13 radələrində düşmənin silahlı birləşmələri Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə edilməklə zərbələr endirib. Nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.Bundan başqa, təcavüzkar Erməni silahlı qüvvələri tərəfindən ötən gün saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində xəsarət almış daha bir dinc sakin müalicə olunduğu xəstəxanada aldığı xəsarətlər səbəbindən vəfat edib. Bununla da ermənilərin 27 oktyabrda Bərdənin Qarayusifli kəndində törətdikləri terrorun qurbanlarının sayı 5 nəfərə çatıb. Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə Bərdədə erməni terrorundan zərər çəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.