• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1023
— 28.10.2020 15:29

İnanırıq ki,ermənilərin törətdiyi bu günki,terror aktınında cavabı layiqincə veriləcək...

KepezTV Player

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır.Respublika Günü münasibətilə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana göndərdiyi təbrik məktubunda Prezident İlham Əliyev bildirib. Gələcək nəsillərə ən böyük əmanət olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığının “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə və güclənəcəyinə əminliyini ifadə edib. Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyinin birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir."Bu bayram günündə Sizin sevincinizi bölüşür, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram" - deyə dövlət başçısı vurğulayıb.