• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1698
— 28.10.2020 15:09

Ceyhun Bayramov İran Prezidentinin xüsusi elçisi ilə görüşüb

KepezTV Player

Xarici İşlər naziri Ceyhun Bayramov İranın Xarici İşlər nazirinin müavini və İran Prezidentinin xüsusi elçisi Seyid Abbas Arağçını qəbul edib.Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri və regionda baş verən sonuncu gərginlik ətraflı müzakirə edilib. Bayramov xüsusi olaraq vurğulayıb ki, Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və Azərbaycan əhalisini məqsədyönlü şəkildə hədəf alır.Nazir Azərbaycan Prezidenti tərəfindən dəfələrlə bildirildiyi kimi, ölkəmizin başlıca məqsədinin xarici silahlı qüvvələrin Azərbaycanın suveren torpaqlarından çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində bərpa edilməsi olduğunu diqqətə çatdırıb.Xüsusi elçi münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dair İranın rəsmi mövqeyini bir daha vurğulayıb, mülki şəxslərin həyatının itirilməsi ilə bağlı başsağlığını ifadə edib.