KepezTV Player
Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutur. Ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.Ermənistan tərəfinin Şuşa və Xankəndi şəhərlərinin Azərbaycan Ordusu tərəfindən guya raket atəşinə tutulması barədə yaydıqları məlumat isə yalandır. Nazirlik bildirir ki, Azərbaycan Ordusu mülki əhalini heç vaxt atəşə tutmur. Azərbaycan humanitar atəşkəs rejiminə əməl edir.
- Baxış: 131