• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1516
— 28.10.2020 12:20

Gəncə terrorunun qurbanları anılıb

KepezTV Player

Azərbaycanın Moldovadakı Səfirliyində Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə növbəti hücum nəticəsində həlak olan insanların xatirəsinə həsr edilən anım tədbiri təşkil edilib. Ermənilərin humanitar atəşkəs rejimini pozaraq gecə saatlarında Gəncənini raket hücumuna məruz qoyması, nəticədə körpə, qadın və yaşlılar daxil olmaqla çoxlu sayda insanın həlak olması və yaralanması barədə məlumat verilib. Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını əks etdirən tarixi faktlar diqqətə çatdırılıb. Qonaq qismində iştirak edən Moldova parlamentinin deputatı Sergiu Sirbuya dinc əhaliyə qarşı Gəncədə törədilən təcavüzün qəbuledilməz olduğunu vurğulayıb. Tədbir Moldova mətbuatında geniş işıqlandırılıb, məsələyə dair Moldova telekanallarında reportajlar yayımlanıb.