• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1589
— 27.10.2020 19:58

Erməni terroru davam edir

KepezTV Player

Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Bərdə rayonlarının ərazilərini raket atəşinə tutub. Bərdəyə “Smerç” qurğusundan kasetli raketlərin atılması nəticəsində 5 fərdi yaşayış evinə ciddi ziyan dəyib. Aralarında 2 və 7 yaşlı qız uşaqları da olmaqla 4 nəfər həlak olub. Terror qurbanı olan mülki şəxslər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və İsgəndərova Aysu Rövşən qızıdır. 14 mülki şəxs xəsarət alıb və xəstəxanalara yerləşdirilib. Onlardan 4-ü uşaqdır. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə jurnalistləri və Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşeləri ermənilərin bugünkü terroru barədə məlumatlandırıb.