• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1566
— 27.10.2020 17:59

Pandemiya ilə mübarizə çərçivəsində reyd keçirilib

KepezTV Player

Gözəgörünməz düşmənə - koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir. Göygöldə pandemiyanın geniş yayılmasının qarşısının alınması üçün növbəti reyd keçirilib.

Göygöldə yerli polis şöbəsinin əməkdaşları rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə rayon ərazisində koronavirus pandemiyasınnı yayılmasının qarşısını alınması məqsədilə mütamadi olaraq reydlər təşkil edir. Məqsəd Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə riayət edilməsinin təmin olunması, insanların sıx toplaşdığı yerlərdə sosial məsafənin qorunması və tibbi maskadan istifadə olunmasına nəzarət etməkdir.  Reydlər rayonda fəaliyyət göstərən ictimai iaşə və ticarət obyektlərində, həmçinin avtovağzalda aparılıb.

Göygöl rayonunda karantin qaydalarının daha çox pozulduğu sahələr də açıqlanıb.

Göygöl rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən də koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri aparılır. Rayon ərazisində son olaraq 1 prospekt və 3 küçə dezinfeksiya edilib.