• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1000
— 27.10.2020 17:37

Erməni vandalizminə qarşı etiraz aksiyası

KepezTV Player

Lüksemburqda yaşayan azərbaycanlılar icazəli aksiya keçiriblər. İştirakçılar Gəncədə və ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını pisləyiblər. Beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və Ermənistanın törətdiyi vandalizm aktlarına biganə qalmamağa çağırıblar.Aksiyada Gəncə terrorunun qurbanlarını anmaq məqsədi ilə meydana rəmzi olaraq sahibsiz ayaqqabılar düzülüb. Şəhər sakinlərinə Dağlıq Qarabağla bağlı buklet və lifletlər paylanıb. Müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Gəncə cəbhə bölgəsi deyil” kimi şüarlar səsləndirilib.