Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanın Belarusdakı səfirliyi qarşısında anım guşəsi yaradılıb.
Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxsləri yad etmək, Azərbaycana dəstək vermək məqsədilə Belarusun Azərbaycandakı ilk səfiri, Belarus Xarici İşlər Nazirliyinin Veteranlar Assosiasiyasının üzvü Nikolay Patskeviç və onun iş yoldaşları da guşəni ziyarət ediblər.
Londonda yaşayan azərbaycanlılar Böyük Britaniyanın baş naziri Boris Consonun ofisinin qarşısında icazəli aksiya keçiriblər. Gəncədə işğalçı Ermənistan ordusunun terror aktı törətməsi, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi, mülki obyektlərin dağıdılması pislənib.
ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyası çərçivəsində Pensilvaniya ştatının Allentoun şəhərində seçicilərlə görüşü zamanı bu ölkədə yaşayan bir qrup soydaşımız diqqəti işağlçı Ermənistan ordusunun Gəncədə və ölkəmizin digər yaşayış məntəqələrində törətdiyi terror aktlarına yönəldiblər. Azərbaycanlılar Ermənistanın işğalçı siyasətinə etiraz ediblər.
- Baxış: 144