Ötən əsrin 90-cı illərinin əvvələrini əhatə edən I Qarabağ müharibəsi dövründə futbol Azərbaycanda dayanmayıb. SSRİ-dən ayrılan və müstəqilliyin ilk illərini yaşayan respublikada Milli Çempionatın oyunları keçirilib. Komandalar Ağdam və Tovuzda bəzən atəş altında matçlara çıxıblar.
Həmin illərdə top qovan Əli Rəhimov doğma şəhərinin komandasının - “Kəpəz”in heyətində Tovuzda “Turan”a, Ağdamda “Qarabağ”a qarşı oyunlarda meydana çıxaraq futbolçu kimi öz üzərinə düşən işi görüb.
Müharibənin ən çətin günlərini görən veteran futbolçunun maraqlı təklifi də var. O, bunu televiziyamız vasitəsi ilə dilə gətirməyi özünə borc bilib.
Qarabağın Azərbaycan torpağı kimi tanınmasında Ağdam klubunun tutduğu mövqedən danışan müsahibimiz müharibədən sonra Gəncədə də eyni səviyyəli komandanın yaradılmasını arzulayır.
Əli Rəhimov Milli Çempionatla yanaşı, Sovet dövründə də futbol oynayıb. O, “Kəpəz”dən başqa “Neftçi”də də çıxış edib.
- Baxış: 726