Danimarkada yaşayan azərbaycanlılar Kophenhagen şəhər bələdiyyəsinin binası qarşısındakı meydanda icazəli aksiya keçiriblər. İştirakçılar Gəncədə və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlıların və qadınların qətlə yetirilməsini pisləyiblər. Aksiyada türk icmasının nümayndələri də iştirak ediblər. İştirakçılar Qarabağ həqiqətləri, Xocalı Soyqırımı, Gəncə terroru barədə danışıb, dünya ictimaiyyətini günahsız uşaqların ölümünə biganə qalmamağa səsləyiblər.
Gəncənin raket atəşinə tutulması nəticəsində isti yataqlarında yatarkən qətlə yetirilən məsum körpələrin xatirəsini yad etmək üçün meydana rəmzi olaraq uşaq yataqları düzülüb. Yataqların üzərində şamlar yandırılıb, oyuncaqlar və gül dəstələri qoyulub.
- Baxış: 166