• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 781
— 24.10.2020 20:17

Türkiyəli yazarlar erməni terroru ilə tanış olublar

KepezTV Player

Türkiyənin Kütləvi İnformasi Vastələrinin nümayəndələri Gəncəyə səfər ediblər. Qardaş ölkənin qələm əhli Ermənistandan atılan raketlərlə yerlə-yeksan edilən ərazilər, dağıdılan evlərə baxıblar. Cəbhə zonasından uzaqda yerləşən Gəncənin mərkəzi hissəsinin, özü də mülki insanların hədəf seçilməsi cinayət olaraq adlandırılıb. Türkiyəli yazarlar canlı olaraq hadisə yerindən bağlantılar edib, reportajlar hazırlayıblar. Erməni vəhşiliyini türk xalqına və bütün dünyaya çatdırmağın əhəmiyyəti vurğulanıb. Media təmsilçiləri evləri dağılan, yaxınlarını itirən sakinlərə görüşüb, onlardan müsahibələr götürüblər. Daha sonra Gəncədə yerləşən Nuru paşanın ev muzeyi də ziyarət olunub.