Müdafiə Nazirliyi vətəndaşlarımızı Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar barədə gün ərzində mütəmadi olaraq rəsmi qaydada məlumatlandırır. Lakin bəzi sosial şəbəkə istifadəçiləri və media nümayəndələri Azərbaycan Ordusunun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair video, foto və informasiyaların yayılması, eləcə də döyüş əməliyyatlarının aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlərini paylaşaraq hadisələri qabaqlamağa çalışırlar. Bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyati təhlükəsinə səbəb olmaqdadır. Baş Prokurorluq ölkədə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və media nümayəndələrini bu tipli hərəkətlərə yol verməməyə çağırır. Qeyd edir ki,bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
- Baxış: 134