• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 23.10.2020 21:56

"Azərbaycan haqlı tələbini ortaya qoyur"

KepezTV Player

“Azərbaycan haqlı tələbini ortaya qoyur. Prezident İlham Əliyevin tələbini bir kənara qoymaq mümkün deyil. Azərbaycan deyir ki,  Ermənistan bu problemin həllində Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik. Rusiya nə qədər Qarabağ problemilə bağlı sülh və sabitlik istəyirsə, Türkiyə də ən azı o qədər istəyir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Bildirib ki,Türkiyə ATƏT-in Minsk qrupunun üzvü olduğu üçün məsələnin diplomatik yollarla həllində yer alması mümkündür və buna görə, indiyədək Rusiya tərəfdən əks bir mövqe nümayiş etdirilməyib.