• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2017
— 23.10.2020 20:50

www.esgeremektub.az saytı təqdim olunub

KepezTV Player

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinin yeni hazırlanmış www.esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub. Yeni sayt vasitəsi ilə vətəndaşların “ASAN ximət” mərkəzlərinə gəlmədən də istənilən vaxt onlayn formada Azərbaycan əsgərinə öz mesajını ünvanlamaq, ona öz mənəvi dəstəyini göstərmək imkanı yaradılıb.Həmçinin istifadəçilər müvafiq sayt vasitəsi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Milli Qəhrəmanlar, şəhidlərimiz barədə məlumat əldə edə bilərlər.

Hərbi qulluqçuların döyüş əzminin yüksəldilməsi, qələbə ruhunun artırılması işinə Kəpəz FM radiosu da öz töhfəsini verir. Xalqın hər bir nəfərinə kimi şanlı Azərbaycan Ordusunun arxasında dayandığını əsgərlərimizə çatdırmaq üçün Kəpəz FM dalğasında hər gün saat 13.00-da "Əsgərə salam" verilişi yayımlanır. Proqramda torpaqlarımızın işğaldan azad edilməsi, Vətənin müdafiəsi uğrunda haqq savaşına çıxan qəhrəman oğullarımıza ünvanlanan məktublar, onlara deyilən xoş arzular səsləndirilir. Siz də igid əsgərlərimizə ürək sözlərinizi "Əsgərə salam" verilişinə sms yazmaqla çatdıra bilərsiniz.