• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1521
— 23.10.2020 20:47

Türkiyə və Azərbaycan ombudsmanları birgə bəyanat veriblər

KepezTV Player

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini raket atəşinə tutması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı və dağıntılarla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının Prezidenti və Türkiyənin Baş Ombudsmanı ilə birgə həyata keçirdiyi faktaraşdırıcı missiyanın nəticələrinə dair bəyanat verib. "Sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərə görə Ermənistan Respublikasına qarşı bu günə qədər heç bir beynəlxalq hüquqi sanksiya tətbiq edilməməsi onun mülki əhaliyə qarşı yeni müharibə cinayətləri törətməyə davam etməsinə imkan verib", - deyə sənəddə vurğulanıb.Gəncə və digər yaşayış məntəqələrində mülki əhalini hədəf alan Ermənistanın hərbi təxribatları fundamental insan hüquq və azadlıqlarının təmininə ən böyük təhlükə kimi qiymətləndirilib. Beynəlxalq təşkilatlar, dünya dövlətləri, xarici ölkələrdə fəaliyyət göstərən Ombudsman təsisatları və digər milli insan hüquqları təsisatları ədalətli mövqe nümayiş etdirməklə susmamağa çağırılıb.