• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1713
— 23.10.2020 15:31

Prezident İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun atasına zəng edib

KepezTV Player

Prezident İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb. Başsağlığı verən dövlət başçısı qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim edib. Prezident İlham Əliyev Həmidovun doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulayıb.Dövlət başçısı Nəriman Həmidova Şükür kimi igid və vətənə sadiq övlad yetişdirdiyinə görə minnətdarlığını bildirib, Həmidovlar ailəsinin bütün yaxınlarına başsağlığı çatdırmağı xahiş edib.