• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1370
— 23.10.2020 14:05

Gəncə terrorunda həlak olanlar anılıb

KepezTV Player

Gürcüstanın Marneuli rayonunda Gəncə terrorunda həlak olanların anım mərasimi keçirilib. Yaradılan Gəncə guşəsində Ermənistanın törətdiyi vandalizm aktları zamanı həlak olan və yaralanan uşaqların şəkilləri, "Ermənistanın təcavüzünə son qoyulsun!", "Ermənistan terroruna son!", “Gəncə üçün dua et!", “Uşaq ölümünə son qoyun” və s. şüarlar nümayiş etdirilib, güllər düzülüb, şamlar yandırılıb. Bildirilib ki, 11 və 17 oktyabr tarixlərində işğalçı Ermənistan ordusunun humanitar atəşkəs rejimini kobudcasına pozaraq cəbhə bölgəsindən uzaq olan Gəncədə yaşayış binalarını raket atəşinə tutması düşmən ölkənin faşist və təcavüzkar mahiyyətinin təzahürüdür. Terror aktları beynəlxalq təşkilatlar da daxil olmaqla bütün dünya ictimaiyyəti, eləcə də Gürcüstan cəmiyyəti tərəfindən kəskin şəkildə pislənilir.