• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1919
— 23.10.2020 14:11

Kürd əsilli muzdlular ermənilərə təlim keçiblər

KepezTV Player

Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi ilə bağlı keçirdikləri uğurlu əməliyyatlar zamanı əsir götürülən erməni döyüşçülər açıqlama verib. 2001-ci ildə Ermənistanın Şirak vilayətinin Artik şəhərində anadan olan Mikaelyan Albert Yervandi Ermənistan silahlı qüvvələrində muzdlu kürd dəstələrinin Azərbaycana qarşı döyüşdüyünü etiraf edib.

Döyüşlərdə Azərbaycan Ordusuna təslim olan erməni əsir xalqına müraciət edib. Təqaüddə olan milis mayoru 45 yaşlı Edik Tonoyan 2018-ci ilə qədər Kalinin rayon Milis İdarəsində işlədiyini, 2018-ci ildə mayor rütbəsində təqaüdə çıxdığını deyib. "27 sentyabrda Azərbaycanla müharibə başlayanda məni və oğlumu tikintidə tutub hərbi komissarlığa apardılar. Hərbi komissarlıqda razılaşdıq ki, oğlumun yerinə hərbi xidmətə məni göndərsinlər və mən Ermənistan ərazisində xidmət edim. Qarabağa getmək istəmirdim, çünki bura bizim torpağımız deyil", - deyə Tonoyan bildirib. O, bütün erməni xalqına müraciət edib: “Əziz həmvətənlərim. Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmaq və qan tökmək lazım deyil. Biz əvvəl çox yaxşı yaşamışıq, biz bir-birimizlə çox yaxın olmuşuq, bizim qardaş, xoş qonşuluq münasibətli xalqlarımız olub”. Sitatın sonu.