• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1843
— 23.10.2020 12:15

"Hərbi əməliyyatlar Azərbaycan ərazisində aparılır"

KepezTV Player

"Yerevan istisna olmaqla bütün dünya başa düşür ki, hərbi əməliyyatlar Ermənistanın deyil, Azərbaycan ərazisində aparılır". Türkiyə hökumətindən verilən açıqlamada qeyd olunur ki, bəzi qərb marionetlərinin münaqişənin həlli üçün dırnaqarası “Qarabağın müstəqilliyini tanımaq” barədə bəyanatları dünya ictimaiyyətinin rəsmi mövqeyi deyil. Dünya ictimaiyyəti Ermənistandan qoşunları Azərbaycan ərazisindən çıxarmağı tələb edir”.<br>Türkiyə hökumətindən, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində guya Ankara ilə Moskva arasında artan gərginliyi şərh ediblər:<br>“Moskva və Ankara hər zaman Cənubi Qafqazda sülh və sabitlik tərəfdarı olublar. Bu isə yalnız Azərbaycanın ərazilərinin azad edilməsindən sonra mümkündür”. Sitatın sonu.