• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 780
— 22.10.2020 20:33

Zəngilan rayon prokurorluğunun inzibati binasında Azərbaycan bayrağı

KepezTV Player

Baş Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer barədə məlumat yayıb. Azərbaycan hərbçiləri oktyabrın 20-də Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad edərək Azərbaycan bayrağını Zəngilanda ucaldıblar. Önündə müqəddəs bayrağımızın dalğalandırıldığı bina Zəngilan rayon prokurorluğunun inzibati binası kimi 1991-ci ildə tikilərək istifadəyə verilib.Həmin binada fəaliyyət göstərmiş prokurorluq əməkdaşları, o cümlədən veteranlar fərəh və sevinc hissi ilə tikilinin Zəngilan rayon prokurorluğunun inzibati binası olduğunu təsdiq ediblər.