• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1804
— 22.10.2020 10:17

Siyəzən, Qəbələ, Kürdəmir raket atəşinə tutulub

KepezTV Player

Bu gün saat 09.15-dən başlayaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən Füzuli rayonu ərazisindəki mövqelərimizi reaktiv artilleriya sistemlərindən atəşə tutur. Müdafiə Nazirliyinin məlumatına görə, bu gün səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Düşmən tərəfindən saat 7 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 9 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb ki, günahsız mülki əhali və mülki obyektlər Ermənistanın raket hücumunun hədəfində olub: “Ermənistan mülki şəxslərə qarşı müharibə cinayətlərini davam etdirir”.