Tovuz rayon sakini küçədə tanışı tərəfindən döyülərək qətlə yetirilib. Rayon sakini Həsənov Aqil Ələkbər oğlunun “nazik bağırsağın zədələnməsi” diaqnozu ilə Tovuz rayon mərkəzi xəstəxanasına daxil olması, oktyabrın 20-də isə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.Aparılan araşdırmalarla hadisənin zərərçəkənin tanışı Hüseynov Bahadur Cəfər oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törətməsinə əsaslı şübhələr müəyyən edilib. Beləki Bahadur Hüseynov Həsənovun qarın nahiyəsinə təpiklə zərbə vuraraq öldürüb.Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb. Bahadur Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
- Baxış: 391