• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 809
— 21.10.2020 19:53

Banka basqın: yarım milyon dollar tələb edilir

KepezTV Player

Gürcüstanın Zuqdidi şəhərində “Gürcüstan Bankı”nın filialına silahlı basqın edilib. Cinayətkar yarım milyon dollar tələb edir. Silahlı şəxs bankın əməkdaşları və müştəriləri olan 19 nəfəri girov götürüb, tələbi yerinə yetirilməyəcəyi təqdirdə qumbaranı partladacağı ilə təhdid edir. Basqınçı bankı təhlükəsiz tərk etməsi barədə zəmanət də tələb edir. Bir müddət sonra o girovlardan orta yaşlı bir qadını azad edib. Polis girov götürülən 18 nəfərin azad olunması istiqamətində əməliyyatı davam edir.