KepezTV Player
Azərbaycanın dinc əhalisinə qarşı Ermənistanın törətdiyi terror aktını qınamaq üçün Antalyada etiraz aksiyası və avtoyürüş təşkil edilib. Yürüşdən əvvəl Azərbaycanın və Türkiyənin Dövlət Himnləri səsləndirilib, Gəncə terroru zamanı həlak olanların xatirəsi yad edilib. Aksiyada soydaşlarımız, yerli və xarici qeyri-hökumət təşkilatları, siyasi partiyaların təmsilçiləri və mətbuat nümayəndələri iştirak ediblər. “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!” kimi şüarlar səsləndirilib.
- Baxış: 120