• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1392
— 21.10.2020 12:01

Xarici ölkə vətəndaşlarına xəbərdarlıq

KepezTV Player

Son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilən sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək işğal olunmuş ərazilərə gəlib qanunsuz silahlı birləşmələr yaratmaları, eləcə də ərazilərimizin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib. Baş Prokurorluqdan verilən məlumata görə, bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanıb. Xarici vətəndaşlardan Azərbaycanın silahlı qüvvələrinə qarşı, eləcə də ölkə ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.