• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 860
— 21.10.2020 10:02

Qonşusunu bıçaqlayıb qaçdı

KepezTV Player

Şəmkirdə bıçaqlanma olub. Rayon sakini 32 yaşlı Rəsulov Orxan Yusif oğluna xəsarət yetirilib. Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, dərhal hadisə yerinə baxış keçirilib. Araşdırmalarla qonşusu 29 yaşlı Əhmədov Fəxri Akif oğlunun aralarında yaranmış mübahisə zamanı Orxan Rəsulovu qəsdən öldürməyə cəhd edib hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb. Əhmədovun tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.