Azərbaycan Texnologiya Universitetində 11 dövlətin Universitetləri və tanınmış şirkətlərin rəhbərləri ilə onlayn-konfrans keçirilib. "Mövcud şəraitdə Universitetin 50 illik yubileyinə hazırlıq" məsələsi adlı konfransda Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatlarından, torpaqlarımızın bir qisminin azad edilməsindən danışılıb. Eyni zamanda erməni faşitlərinin Ermənistandan Gəncəyə və Mingəçevirə atdıqları ballestik raketalər nəticəsində çoxlu sayda dinc sakin, mülki şəxslərin həyatını itirməsi pislənilib. Xatırladılıb ki, 1941-ci ildə Sovet xalqı Leninqradın blokadası vaxtı Böyük Nizami Gəncəvinin 800 illik yubileyini keçirilib. Həmin vaxtdan 80 ilə yaxın vaxt keçməsinə baxmayaraq ölkəmizdə də vətən müharibəsi gedir və kollektiv ruhdan düşmür universtetin yubleyinə hazırlaşır. Çıxış edən xarici ölkələrin elm adamları erməni faşistərinin dinc sakinlərə etdikləri terroru qınayaraq çalışdıqları ali təhsil müsəssisə adından azərbaycana dəstək nümayiş etdiriblər.
- Baxış: 769