• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 668
— 20.10.2020 22:35

Ombudsmandan üçüncü hesabat

KepezTV Player

Ombudsman Ermənistan silahlı qüvvələrinin Gəncəni ballistik raket atəşinə tutması nəticəsində baş verən çoxsaylı insan tələfatı, yaralanma və dağıntılarla əlaqədar hesabat hazırlayıb. Səbinə Əliyeva mülki əhalinin fundamental insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən insanlıq əlehinə aktı Ermənistanın törətmiş olduğu müharibə cinayətləri kimi dəyərləndirib. Hesabatda oktyabrın 17-də Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olan 14 nəfərdən 4-nün kişi, 5-nin qadın, 5-nin uşaq, yaralanan 57 nəfərdən isə 25-nin kişi, 23-nün qadın, 9-nun uşaq olduğu yer alır.Bu, Gəncədə Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin nəticələri ilə bağlı Ombudsmanın sayca üçüncü hesabatıdır.