KepezTV Player
Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar təhlükəsizlik tədbiri olaraq qaz təchizatı dayandırılan Goranboyun Tapqaraqoyunlu kəndində təmir-bərpa işlərinə başlanılacaq.“Azəriqaz” İstehsalat Birliyindən bildirilir ki, Gəncə şəhərindəki ərazilərdə də qaz təchizatının bərpa işləri aparılır. Ümumilikdə 150 abonentin qazla təminatı məhdudlaşdırılıb, hazırda 100 abonentdən 88-nin qaz təchizatı bərpa edilib. Qalan 12 abonentdən 5-nin fərdi yaşayış evləri tamamilə dağılıb, ünvan yoxdur, 7 abonentin fərdi yaşayış evlərinin isə konstruktiv elementləri yararsız vəziyyətə düşüb.
- Baxış: 141