• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 676
— 20.10.2020 12:08

“Xudafərin” Azərbaycanın enerji istehsalı imkanını genişləndirəcək

KepezTV Player

Azərbaycan və İran hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn vəzifələr də yerinə yetirilir. Energetika naziri Pərviz Şahbazovun bildirdiyinə görə, “Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb. “Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 Meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır. Layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat·saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq.