• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 19.10.2020 22:24

Evsiz qalan sakinlərin qayğıları qarşılanıb

KepezTV Player

Oktyabırın 17-də erməni silahlı qüvvələrinin Gəncəyə atdığı raket  nəticəsində evləri dağılan bütün mülki şəxslər yaşayış yerləri ilə təmin edilib. Həmin ailələrdən 30-u ADAU-nun tələbə yataqxanasında yerləşdirilib. Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov, Türkiyyənin Gəncədəki baş konsulu Zəki Öztürk və digər rəsmi şəxslər evsiz qalan sakinlərlə görüşüb. Əvvəlcə yataqxanada olan sakinlərin yaşayış imkanları ilə tanışlıq olub. Burada  bütün otaqlar yaşayış üçün lazımı invetarlarla təmin edilib. Onların hər biri üçün paltar dəstləri verilib. Gündə isə 3 dəfə yemək verilir. İstirahət və idman üçün şərait yaradılıb. Sakinlərin şəraiti ilə tanış olan qonaqlar yataqxanada qalan sakinlərlə şam yeməyi də ediblər.