Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşə tutulması nəticəsində həlak olan həmvətənlərimizin əziz xatirəsini anmaq üçün ölkəmizin Londondakı səfirliyinin binası önündə xain hücumun nəticələrini əks etdirən şəkillərdən ibarət guşə yaradılıb. Londonda yaşayan soydaşlarımız bu hücumun qurbanlarını yad etmək məqsədilə səfirliyin binasının qarşısına gələrək oraya gül-çiçək, uşaq oyuncaqları qoyur, başsağlığı verir, yaralılara şəfa diləyirlər.
Gənclərdən kreativ etiraz
ABŞ-ın Nyu-York şəhərində bir qrup azərbaycanlı gənc ağız və gözlərini bağlayaraq beynəlxalq təşkilatların Ermənistanın Azərbaycanda mülkü əhaliyə qarşı törətdiyi qanlı cinayəti gözməzdən gəlməsini, qərb mətbuatının yaşananlara susmasına etirazlarını bildiriblər.Aksiya iştirakçıları ABŞ mətbuatını Azərbaycana dəstəyə səsləyib, beynəlxalq təşkilatları bu işğala və hücumlara qarşı ölkəmizlə həmrəy olmağa çağırıblar.
Səfriliyin önündə anım
Tbilisidə Ermənistanın Gəncəyə raket hücumları nəticəsində həlak olanların xatirəsi yad edilir.Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında xüsusi lövhə quraşdırılıb.Gəncə terroru barədə məlumatların təqdim olunduğu elektron lövhədə vandalizm aktını əks etdirən videogörüntülər və fotoşəkillər nümayiş etdirilir.Soydaşlarımız və şəhər sakinləri lövhə önünə gül dəstələri, uşaq oyuncaqları düzürlər, günahsız qurbanların xatirəsini şam yandıraraq sükutla anırlar.
Nur-Sultanda dəstək aksiyası
Qazaxıstanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək aksiyası keçirilib. Nur-Sultan şəhərində Azərbaycan səfirliyi önündə baş tutan aksiyada erməni təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından danışılıb, nəticədə bir sıra ərazilərin işğaldan azad edildiyinə diqqət çəkilib.
Türkiyə klubundan dəstək
Türkiyə Superliqasının 5-ci turunda “Alanyaspor”la qarşılaşacaq “Qalatasaray” Azərbaycana dəstək olub. Qarşılaşmanın keçiriləcəyi “Türk Telekom Arena”a da üzərinə “Dağımız, taşımız bir, törəmiz aşımız bir, Kim girecek aramıza, derdimiz, göz yaşımız bir” – yazılan pankart asılıb.
- Baxış: 150