• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1729
— 19.10.2020 08:15

Məhdudiyyətlərin tətbiqinə başlanılıb

KepezTV Player

Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiqinə başlanılıb. Noyabrın 2-dək ölkədəki bütün təhsil müəssisələrində tətildir.&nbsp; Bu vaxta qədər Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti də dayandırılıb. Dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilib. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.<br>Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir. Bu addımlar ölkədə koronavirusa yoluxmanın sayının kəskin artması ilə əlaqədar atılıb.