• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 18.10.2020 22:37

Qaydaları pozan 4 obyekt cərimələndi

KepezTV Player

Antisanitar vəziyyətdə ictimai iaşə obyekti, uçub dağılan mətbəx, eləcə də digər qayda pozuntuları. Bununla bərabər obyektdə pandemiya qaydalarına əməl edilməməsi. Sadalanan bütün bu faktlar və digər gigiyena normativlərin pozulması halları Samuxda keçirilən reyd zamanı aşkar edilib.

Günlərdir tutumlara yığılıb qalaqlanan zibillər, istifadə edilən qab-qacağa daraşan həşaratlar, üfünət iyi gələn mətbəx, müşahidə edilən antisanitar vəziyyət. Bütün bunlar Samux rayonun Çobanabdallı kəndində ictimai iaşə obyektlərindən birində yaşanan mənzərədir. Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin keçirdiyi reyd zamanı aşkarlanan sanitar-gigiyenik pozuntular insan həyatı üçün təhlükəli hesab olunur.

Gördüyünüz kimi heç bir tempuratur rejiminə əməl olunmamışdı. Antisanitar vəziyyətdə saxlandığı aşkar olundu. Müştərilərin istifadəsi üçün nəzərdə tutulmuşdur, tərəfimizdən götürülərək burdan kənarlaşdırılacaq.

Qida Təhlükəsizliyi Agentliyinin Samux rayonunda keçirdiyi reyd zamanı aşkarlanan ictimai iaşə obyektlərindən biri də buradır. Bura ictimai iaşə obyektinin mətbəxidir. Antisanitar bir vəziyyətdə burada qab yuyulur. Həmçinin antisanitar vəziyyət burada da hökm sürür. Qablar çox çirkli haldadır. Burada isə həm yemək bişirilir, həm çay dəmlənir. Gördüyünüz kimi bir sözlə mətbəxdə antisanitar vəziyyət hökm sürür.

Duz tökmüşəm ona görə belə vəziyyətdədir. Bura antisanitar vəziyyətdədir və heç bir qaydalar riayət edilmir. Koronavirusun geniş vüsət aldığı bir vaxtda heç bir norma qaydalarının gözlənilmədiyi aşkar edildi.

Bəndər Həsənov inzibatçı:Gəldilər, baxdılar, reyd keçirdilər. Səhv mənimdir. Söz verirəm ki, tez bir zamanda bunu aradan qaldıracam.

Digər reyd keçirilən ünvanda da vəziyyət əvvəlkilərdən heç də geri qalmırdı. Yenə də mətbəxdə sağlamlığa təhlükə saçan mənzərə, Müştərilərə gündəlik olaraq xidmət göstərilən bu obyektdə də qaydalara riayət olunmur.

Görün sanitar qovşağın vəziyyəti nə gündədir? Belə fəaliyyət olmaz axı? Bunlar yuyulmalıdır, bu cür faəliyyət qadağandır. Olduqca antisanitar qaydada faəliyyət göstərir. Qida Təhlükəsizliyinin qeydiyyatı olmadığına görə müəssisənin faəliyyətinə məhdudiyyətlər qoyulacaq.

İntiqam Hüseynov inzibatçı: Zibil yerimiz var, sadacə olaraq dolanda aparıb boşaldırdıq. Ancaq indi tez-tez boşaldarıq. Çalışarıq bir daha təkrar olmaz.

Bundan başqa reyd zamanı pandemiya qaydalarının pozulması hallarına da rast gəlinib. Masalar arası məsafənin 2 metr olmaması, müştərilərin oturacaqlarının 1 metrdən az arada yerləşdirilməsi, dezinfeksiya işlərinin aparılmaması neqativ hal olaraq qeyd edilib. Obyekt sahiblərinə özündə karantin qaydalarını ehtiva edən metodiki göstərişlər də verilib.

Asim Mirzəyev AQTA-nın Gəncə regional bölməsinin aparıcı məsləhətçisi:Sanitar-norma qaydalarının da pozuldğu açıq şəkildə aşkar olunub. Sanitar-norma qaydalarının pozulması bir başa koronavirus infeksiyasının yayılması üçün əsasdır. Tərəfimizdən keçirilən baxış zamanı həmin müəssisələrdə çatışmazlıqların aradan qaldırılması istiqamətində sahibkarlara göstərişlər verilib. Bunun tez bir zamanda yerinə yetirilməsi üçün tapşırıqlar vermişik.

Samux rayonunda aparılan reyd zaman qaydalara əməl etmədiyinə görə 2 ictimai iaşə obyektinin  faəliyyətinə qadağa qoyulub. Digər 2 obyekt isə cərimələnib. Analoji yoxlamalar davam etdirilir.

Elnur Vahidoğlu