• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2080
— 18.10.2020 22:36

Partlayış nəticəsində zərər görən evlər

KepezTV Player

Gəncəyə sonuncu raket atışından sonra çoxlu sayda fərdi yaşayış evinə və binalara zərər dəyib. Hazırda müvafiq qurumlar tərəfindən belə evlərin dəqiq sayının müəyyənləşdirilməsi istiqamətində işlər görülür.

Veteran futbolçu bir həftədə iki dəfə zərər çəkdi.

Partlayış baş verən ərazinin qonşuluğunda yerləşən evlərlə yanaşı, yaxın ətrafda olan bir neçə küçədə 10-larla yaşayış yerinə ziyan dəyib. Qapı və pəncərələrinin çərçivələri yerindən çıxıb, şüşələr qırılıb, evlərin dam örtüyü zədələnib, tavan hissəsində, divarlarda müxtəlif ölçülü çatlar əmələ gəlib, müəyyən dağıntılar olub. Olduğumuz yerlərdə bu və ya digər formada zərər görən evlərlə rastlaşdıq.

Emin Mustafayev “Kəpəz”lə yanaşı, ölkəmizin digər klublarında oynayıb. Ailəsində gələcəyin Azərbaycan əsgəri böyüyür.